Olaf Şolts məqsədini açıqladı: Rusiyanın cavabı nə olacaq?

Dünya

13.07.2024 09:58

“Almaniya ərazisində yeni Amerika raketlərinin yerləşdirilməsi planları Rusiya ilə gərginliyə səbəb olmayacaq”.

TodayPress xəbər verir ki, bu fikri Almaniya kansleri Olaf Şolts bildirib.

Onun sözlərinə görə, silahlar arxa cəbhənin təhlükəsizliyinin qorunması üçün nəzərdə tutulub və tək məqsədlərinin sadəcə müharibənin qarşısını almaqdır.

O, bir daha əmin edib ki, Almaniya Ukraynaya silah tədarükünü elə təşkil edəcək ki, bu, Rusiya ilə birbaşa qarşıdurmaya səbəb olmasın.

Töhfə Səməd

tag: Almaniya, Olaf Şolts, Amerika, Raketlər, Planlar, Rusiya, todaypress.az,