Ökəsinə qayıdan hər bir suriyalıya 1700 avro ödənəcək
Dünya
18.01.2025 18:35
Almaniya Suriyada rejim dəyişikliyindən sonra ölkəsinə qayıdan hər suriyalı miqranta maddi yardım göstərir.
TodayPrsess xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” qəzetində məlumat dərc edilib.
Qeyd olunub ki, Suriya yeni təyinat ölkəsi kimi ötən həftə Qayıdış və Reinteqrasiya Proqramına (REAG/GARP) daxil edilib.
Suriyalılar ölkəni tərk etmək məcburiyyətində qalıb-qalmamalarından və ya hələ də sığınacaq prosesində olub-olmamalarından asılı olmayaraq, səyahət xərclərinin, o cümlədən aviabiletlərinin pulunun ödənilməsi üçün müraciət edə bilərlər.
Bundan əlavə, Almaniya ölkələrinə qayıdan şəxslərə Suriyada yeni həyata başlamaları üçün birdəfəlik maddi dəstək də təmin edir.
Hər bir şəxs 1700 avroya qədər pul ala bilər. Bu birdəfəlik ödənişin hər ailə üçün ən yüksək həddi 4000 avrodur.
Bir çox hallarda ödənişlər miqrantlar Suriyaya çatdıqdan sonra həyata keçirilir.
tag: Suriya, Almaniya, Mühacir, Münaqişə, Təzminat, Dünya, todaypress.az,