Odessada hakimiyyəti ələ keçirmək cəhdinin qarşısı alındı

Dünya

23.09.2024 14:12

Ukrayna Təhlükəsizlik Xidməti Odessada hakimiyyəti ələ keçirməyə cəhd etdiyi iddia edilən bir neçə nəfəri saxlayıb. 

TodayPress xəbər verir ki, bu barədə idarə öz “Telegram” kanalında məlumat yayıb.

Bildirilib ki, saxlanılanlardan optik nişangahları olan 70-dən çox odlu silah və döyüş sursatları götürülüb. Həmçinin zirehlər, dəbilqələr, ballistik eynəklər, bıçaqlı silahlar və digər taktiki avadanlıqlar da aşkar edilib. Qeyd edilib ki, təqsirləndirilən şəxslər iyirmidən çox adamı öz qruplarına cəlb edib.

Təqsirləndirilən şəxsləri əmlakı müsadirə olunmaqla 10 ilədək həbs cəzası gözləyir.

Töhfə Səməd

tag: Ukrayna ,Odessa ,Zirehlər, Dəbilqələr ,Silahlar, todaypress.az,