Obama Kamala Harrisi dəstəklədi
Dünya
25.07.2024 13:20
ABŞ-nin 44-cü prezidenti Barak Obama vitse-prezident Kamala Harrisin prezident seçkilərində Demokratların namizədi olmasını açıq şəkildə dəstəkləyəcək.
TodayPress xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, Obama artıq Harrisi özəl olaraq dəstəklədiyini bildirib və indi bunu açıq şəkildə etməyi planlaşdırır.
Bundan əlavə, Obama və Harrisin köməkçiləri onların seçki kampaniyasında bir yerdə görünmə ehtimalını da müzakirə ediblər. Lakin dəqiq tarix hələ ki, açıqlanmayıb.
Töhfə Səməd
tag: ABŞ, Bayden, Kamala Harris, Seçki,Namizədlik, todaypress.az,