Obama Harrisi özünə bənzətdi
Dünya
30.08.2024 12:02
44-cü ABŞ prezidenti Barak Obama Demokratlar Partiyasından prezidentliyə namizəd, vitse-prezident Kamala Harrisi paylaşaraq onu özünə bənzədib.
TodayPress xəbər verir ki, o, bu paylaşımı öz “X” sosial şəbəkə hesabından edib.
Obama 10 il əvvəl geyindiyi kostyumlu şəkli ilə yanaşı Harrisin də oxşar geyimdəki fotosunu paylaşaraq bu sözləri yazıb:
“Necə başladı, necə davam edir. 10 il keçsə də, hələ də bu geyim forması çox gözəl görünür!”.
Töhfə Səməd
tag: Obama, Harris, ABŞ, Seçki ,Geyim ,todaypress.az,