Obama Harrisi dəstəklədiyini açıqladı
Dünya
21.08.2024 14:07
ABŞ-nin 44-cü prezidenti Barak Obama Demokratlar partiyasının namizədi və hazırki vitse-prezident Kamala Harrisi ölkəsi üçün yeni səhifə, Respublikaçıların namizədi Donald Trampı isə təhlükə adlandırıb.
TodayPress xəbər verir ki, o, bu barədə Çikaqoda Demokratlar partiyasının qurultayında danışıb.
Obama Harrisə inamını ifadə edərək bildirib ki, Kamala diqqətini amerikalıların problemlərinə yönəldəcək.
Obama həmçinin iddia edib ki, onun hakimiyyəti dövründə vitse-prezident vəzifəsində çalışan prezident Cozef Bayden ölkəni təhlükədən qoruyub.
"Həqiqət budur ki, Tramp iqtidarı öz məqsədləri üçün istifadə edəcək. Seçicilər Trampın Ağ Evi yenidən ələ keçirməsinə mane olmalıdır. Bu filmi daha əvvəl görmüşük və hamımız bilirik ki, adətən davamı daha da pis olur. Seçicilər Donald Trampın Ağ Evi geri almaq cəhdinin qarşısını almalıdır və buna imkan verməməlidirlər" deyə ABŞ-nin 44-cü prezidenti əlavə edib.
Töhfə Səməd
tag: Obama, Harris, Tramp, Bayden, Ağ Ev, todaypress.az,