Obama geri dönür? – Yeni oyun, Köhnə ssenari

Dünya

18.06.2024 13:20

1048

ABŞ-nin 44-cü prezidenti Barak Obama qarşıdan gələn seçkilərdə hazırkı Amerika lideri Cozef Baydeni əvəz edə bilər. 

TodayPress xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazıb. 

Qeyd olunur ki, Demokratlar Partiyası bunu Baydenin səhhətinin pis olması ilə əlaqələndirir. Həlledici məqam Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla debat olacaq.

“Əgər Bayden Trampla debat zamanı zəif çıxış edərsə, o, səhhətində yaranan problemləri əsas gətirərək başqa namizədlə əvəz oluna bilər” nəşr yazır. 

Qeyd edək ki, Baydenin yerinə mümkün namizədlər kimi Nensi Pelosi və Bill Klintonun da adı  çəkilir.  

Günəş Mərd

tag: Daily Mail,Demokratlar,Barak Obama,ABŞ, Amerika,Ağ Ev,Dünya,todaypress.az,