Obama Bayden-Tramp debatını şərh etdi
Dünya
29.06.2024 15:02
ABŞ-nin keçmiş prezidenti Barak Obama Ağ Evin hazırkı rəhbəri Cozef Baydenlə onun siyasi rəqibi Donald Tramp arasında gedən debatı şərh edib.
TodayPress xəbər verir ki, o, fikirlərini “X”da yazıb.
“Çətin günlərdən keçirik, bilirəm. Bu debat onu bir daha nümayiş etdirdi. Bununla belə, bu prezident seçkisi hələ də ömrünü sadə xalq üçün mübarizə aparan biri ilə yalnız özünü düşünən biri arasında seçimdir” deyə o yazıb.
Obamanın fikrincə, debat Baydenlə Tramp qarşıdurmasındakı vəziyyəti dəyişməyib.
Qeyd edək ki, ABŞ mətbuatı artıq demokratların Baydenin çıxışından məyus olduğunu və yaşlı namizədi əvəz etmək barədə düşünməyə başladığını yazır.
ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək.
Günəş Mərd
tag: Obama, Bayden, Tramp, Debat, Mətbuat, todaypress.az,