O, odla oynayır! Addım-addım dünya müharibəsinə

Dünya

14.07.2024 14:53

Rusiya prezidenti Vladimir Putinin Şimali Koreyaya səfərindən sonra Pxenyan administrasiyası dünyanı şoka salacaq təşəbbüslə çıxış etməyə hazırlaşır. 

TodayPress xəbər verir ki, Amerika kəşfiyyat mənbələrinin məlumatına görə, Şimali Koreya Rusiyaya dəstək məqsədilə Ukrayna müharibəsinə əsgər və işçilər göndərməyə hazırlaşır.

Çinin İran üzərindən Yaxın Şərqdə, Afrikada isə Rusiya vasitəsilə muzdlu hərbi şirkətlər və vəkil ordular haqqında məlumat aldığı və Ukraynada öz proksi ordusunu yaratmağa çalışdığı üzə çıxıb. 

ABŞ ordusuna yaxınlığı ilə tanınan “The War Zone” (TWZ) nəşri Şimali Koreyanın da oxşar planı həyata keçirdiyini açıqlayıb. Nəşrin məlumatına görə, Pxenyan administrasiyası bu qərarı Rusiya prezidenti Vladimir Putinin Şimali Koreyaya səfəri zamanı razı salmaq cəhdləri nəticəsində verib. 

Mənbələrdən əldə edilən məlumata görə, bu görüşdən bir ay sonra Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In qarşılıqlı strateji müdafiə əməkdaşlıq müqaviləsi imzalayıb və müttəfiq olublar. 

Pentaqon mənbələri Putinin Şimali Koreyanın Ukrayna müharibəsinə dəstək üçün Rusiyaya əsgər göndərmə qərarını qəbul etdiyini və bununla bağlı müqavilə imzalandığını bildirir. Hərbi kəşfiyyat mənbələrinin verdiyi məlumata görə, Şimali Koreya komandanlığı ən geci avqust ayında Ukraynada işçi, mühəndis və əsgərlərin cəbhəyə daşınması üçün işlərə başlayacaq. 

Məlumdur ki, Şimali Koreya artıq Rusiya-Ukrayna müharibəsində Moskvaya artilleriya mərmiləri və raket dəstəyi göndərib. Putinin səfərindən sonra Moskvanın nüvə silahı tədqiqatları və ballistik raket texnologiyaları sahəsində Pxenyana dəstək öhdəliyi NATO-da böyük narahatlıq yaradır. 


Günəş Mərd

tag: Dünya, Siyasət,Pxenyan,müharibə,Rusiya,todaypress.az,