“Nyx” kosmik gəmisinin yaradılması üçün milyonlar toplandı
Avropa şirkəti “The Exploration Company” “Nyx” nəqliyyat və yük gəmisinin yaradılması üçün 160 milyon dollar özəl investisiya cəlb edib.
TodayPress xəbər verir ki, bu barədə “European Spaceflight” məlumat yayıb.
“Balderton Capital”, “Plural”, “French Tech Souverainete” və “DeepTech & Climate Fonds” fondlarının kosmosun tədqiqini daha əlçatan və dayanıqlı etmək missiyası təkcə Avropa üçün deyil, həm də bəşəriyyətin kosmosda gələcəyi üçün misilsiz imkanlar açacağını vəd edir” deyə “Balderton Capital”ın tərəfdaşı David Zevenon bildirib.
Ayrılan vəsait dörd tona qədər aşağı Yer orbitinə və üç tona qədər yükü Yerə çatdıra bilən “Nyx Earth” kosmik gəmisinin Yerə yaxın versiyasının yaradılmasına sərf olunacaq.
Qeyd edək ki, 2025-ci ilin ortalarında “The Exploration Company” “Falcon 9” raketində mümkün missiyanı həyata keçirməyi planlaşdırır. Bu müddət ərzində 300 kiloqramlıq faydalı yükü olan kapsul, Havay sahillərinə enməzdən əvvəl təxminən üç saat aşağı Yer orbitində qalacaq.
Töhfə Səməd
tag: Kosmik Gəmi,Nyx,Avropa Şirkəti, Yer, Orbit, todaypress.az,