Nyu-Yorkda xəstəliklərə yoluxma halları kəskin artdı
Dünya
16.01.2025 04:23
ABŞ-nin Nyu-York ştatında tətildən sonra
işə və məktəblərə qayıdan vətəndaşlar arasında mövsümi xəstəliklərə yoluxma
halları kəskin artıb.
TodayPress xəbər verir ki, ştatda xəstəxanalara
yerləşdirilən xəstələrin sayı əvvəlki həftə ilə müqayisədə 44 % artıb. Artımlar
ölkənin bütün bölgələrində müşahidə olunub.
Mütəxəssislər xəstəxanalara müraciətlərin daha çox qrip
və COVID-19-a yoluxmalar, qış aylarında baş qaldıran norovirus virusu olduğunu
bildiriblər.
Nyu-Yorkun Dövlət Səhiyyə Departamenti vətəndaşlara
çağırış edərək, viruslara qarşı qoruyucu tədbirlər görməyi, izdihamlı yerlərdə
tibbi maska taxmağı məsləhət görüb.
Eyni zamanda Səhiyyə Departamenti əhalini Çində sürətlə
yayılan insan metapnevmovirusuna (HMPV) yoluxmamaq üçün qabaqlayıcı tədbirlər
görməyə çağırıb.
Səhiyyə rəsmiləri həmçinin insanları ağır xəstəliklərə
tutulma və xəstəxanaya yerləşdirilməsi hallarını azaltmaq üçün peyvənd olunmağa
çağırıblar. Nyu-Yorkun bu qışa qədər qrip və koronavirusa qarşı peyvəndin
əvvəlki illərlə müqayisədə xeyli azaldığı qeyd olunub.
tag: ABŞ ,Xəstəlik, Nyu-York, Məktəb,todaypress.az,