Nyu-Yorkda səsvermə məntəqəsini yandırmaqla hədələyən şəxsi saxlanıldı

Dünya

06.11.2024 00:15

Nyu-York polisi Fauler şəhərində səsvermə məntəqəsini yandırmaqla hədələyən şəxsi saxlayıb.

TodayPress xəbər verir ki,  bu barədə "TASS" məlumat yayıb.

Məlumata görə, həmin şəxs əvvəllərdə cinayət törədib. Səsvermə təşkilatçılarında onun statusu ilə bağlı yeni məlumatlar olmadığı üçün səsvermə məntəqəsinə buraxılmayıb.

O geri qaytarılarkən, əsəbləşərək stansiyanı yandıracağı və odlu silahla geri dönəcəyi ilə hədələməyə başlayıb.

Polisdən verilən məlumata görə, şəxs insidentsiz saxlanılıb və araşdırmalar davam etdirilir.

Aynur TAC

tag: ABŞ, Seçki, Nyu-York, Ssəsvermə,todaypress.az,