Nyu-Yorkda atışma oldu, 2 nəfər öldü

Dünya

30.07.2024 02:00

ABŞ-nin Nyu-York ştatının Roçester şəhərində kütləvi atışma baş verib.

TodayPress xəbər verir ki, hadisə nəticəsində 2 qadın ölüb, 5 nəfər yaralanıb. İnsident yüzlərlə insanın tədbir üçün toplaşdığı Meyplvud Parkında baş verib. Atəşin neçə nəfər tərəfindən açıldığı aydınlaşdırılır.

Hadisəyə görə hələlik heç kəs cinayət məsuliyyətinə cəlb olunmayıb.

tag: Nyu-York, Atışma, Roçester, Cinayət, todaypress.az,