NYT: Xamenei İrana İsrailə birbaşa zərbələr endirmək əmri verdi
İranın mənəvi lideri Əli
Xamenei Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl
Haniyənin Tehranda qətlə yetirilməsinə cavab olaraq İsrailə birbaşa zərbə
endirilməsi əmrini verib.
TodayPress xəbər
verir ki, bununla bağlı “New York Times“ qəzeti öz mənbələrinə istinadən məlumat
yayıb.
Qəzetin mənbələri iddia edir
ki, bu qərar HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə
cavab olaraq verilib.
Onların versiyasına görə, əmr
iyulun 31-i səhər saatlarında verilib.
tag: İran, İsrail, HƏMAS, İsmayıl Haniyə,NYT, todaypress.az,