NYT: Tramp transseksual qadınların kişi həbsxanalarında saxlanmasını əmr etdi
Dünya
24.01.2025 13:03
ABŞ prezidenti Donald Tramp transseksual qadınların kişi həbsxanalarında saxlanılmasına göstəriş verib.
TodayPress xəbər verir ki, bu barədə "The New York Times" (NYT) məlumat yayıb.
"Qadınların gender ideoloji ekstremizmindən qorunması və federal hökumətdə bioloji həqiqətin bərpası” adlı icra sərəncamı federal həbsxanalara yönəldilib.
Şərtlərə əsasən, cinsiyyətinin dəyişdirilməsi ilə bağlı məhbuslara tibbi yardım da dayandırılacaq.
Fərmanda vurğulanır ki, cinsiyyətin bioloji reallığını aradan qaldırmaq cəhdləri qadınların ləyaqətindən, təhlükəsizliyindən və rifahından məhrum edilməklə onlara təbii olaraq zərər verir.
ABŞ Federal Həbsxanalar Bürosunun məlumatına görə, Amerika həbsxanalarında 1500-ə yaxın transseksual qadın var.
Üstəlik, onlar qadın müəssisələrindəki məhbusların ümumi sayının 15 faizini təşkil edir.
Töhfə Səməd
tag: ABŞ,Tramp,Transseksual,Həbsxana,Todaypress.az,