Nüvə müharibəsi riski açıqlandı

Dünya

06.08.2024 08:56

2042

ABŞ-nin Rusiya və Çinlə paritet əldə etmək üçün nüvə silahı yaratmaq siyasəti  müharibənin qarşısını almayacaq, əksinə onun baş vermə ehtimalını artıracaq. 

TodayPress xəbər verir ki, bu barədə Quincy İnstitutunun analitiki Uilyam Hartunq bildirib.

O, mühafizəkar “Heritage Foundation” analitik mərkəzinin, gələcək Amerika prezidentinin Rusiya Federasiyası və Çinə qarşı ölkənin nüvə potensialını artırmağa dəvət edildiyi hesabatını şərh edib.

Hartunq yeni silahlanma yarışı əvəzinə Vaşinqtonun Moskva və Pekinlə münasibətlərdə gərginliyi azaltmaq üçün diplomatik yollar axtarmalı olduğunu bildirib: 

"Onlar 40 il əvvəl olduğu kimi, indi də işlək olmayan bir sxemi təbliğ edirlər və buna baxmayaraq, planlarının gələcəyə hesablanmış olduğunu israr edirlər" deyə ekspert qeyd edib. 

Günəş Mərd

tag: Rusiya, ABŞ, Vaşinqton, Pekin, Hartunq, todaypress.az,