Nüvə məsələlərinə dair görüş təxirə salındı

Dünya

04.12.2024 12:30

ABŞ və Cənubi Koreya rəsmiləri nüvə təhlükəsinin qarşısının alınmasını müzakirə etmək üçün hərbi rəsmilər arasında yüksək səviyyəli görüşü təxirə salıblar. 

TodayPress xəbər verir ki, bu barədə Pentaqon rəsmisinə istinadən “The New York Times” (NYT) məlumat yayıb.

Onun sözlərinə görə, görüşün dekabrın 4-də keçirilməsi planlaşdırılırdı, lakin Cənubi Koreyada hərbi vəziyyətin tətbiqindən sonra onun təxirə salınması qərara alınıb.

Xatırladaq ki,noyabrın əvvəlində ABŞ və Koreya Respublikasının mülki nüvə enerjisi sahəsində əməkdaşlığa dair ilkin razılığa gəldiyi barədə məlumat yayılmışdı.

Töhfə Səməd

tag: ABŞ, Koreya, Pentaqon, Hərbi, todaypress.az,