Nüvə bunkeri 19 min dollara satılır

Dünya

20.11.2024 17:10

İngiltərədə Qərbi Yorkşir ştatının Pontefrakt şəhərindən olan Con Qreyvs adlı şəxs yeraltı nüvə bunkerini hərraca çıxarıb. 

TodayPress xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.  

Obyekt alıcılara 19 min dollara təklif olunur.

Bir vaxtlar Böyük Britaniyada radioaktiv partlayışları izləmək üçün istifadə edilən obyekt indi dincəlmək üçün rahat məkana çevrilib.  

Qeyd edək ki, bunker 1964-cü ildən 1991-ci ilə qədər istifadə olunub.   

Günəş Mərd

tag: İngiltərə,Qərbi Yorkşir,Con Qreyvs,Böyük Britaniya,todaypress.az,