Norveç yeni hava hücumundan müdafiə sistemləri alacaq
Dünya
20.12.2024 07:21
Norveçin Müdafiə Nazirliyi “Kongsberg
Defence & Aerospace” şirkəti ilə NASAMS zenit-raket komplekslərinin
alınması üçün 240 milyon dollar dəyərində müqavilə imzalayıb.
TodayPress xarici KİV-ə istinadən xəbər verir ki,
bu barədə konsernin Mətbuat xidməti məlumat yayıb.
Müqavilə Krallığın Ordusuna yeni raket buraxılış
qurğularının tədarükünü nəzərdə tutur. Qeyd olunur ki, yeni hərbi avadanlıq
əvvəllər Ukraynaya verilmiş hava hücumundan müdafiə sistemlərini əvəz etmək
üçün nəzərdə tutulub.
"NASAMS hava hücumundan müdafiə sistemi Norveçin
müdafiə qabiliyyəti üçün strateji əhəmiyyət kəsb edir və milli təhlükəsizlik
maraqlarının qorunmasına xidmət edəcək. Bu müqavilə Norveçə cari və gələcək
təhdidlərin qarşısını almaq üçün nəzərdə tutulmuş ən son nəsil NASAMS-ı təqdim
edəcək" şirkətin baş direktoru
Eyrik Li bildirib.
tag: NASAMS, Norveç,Müqavilə, Sİlah,Hava Hücumu, todaypress.az,