Norveç vətəndaşlarını Livanı tərk etməyə çağırdı
Dünya
28.07.2024 16:41
Norveç ölkə vətəndaşlarına Livanı tərk etməyi tövsiyə edib.
TodayPress xəbər verir ki, bu barədəc Norveç Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Qeyd olunub ki, tövsiyə Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə bağlıdır.
“Təhlükəsizlik vəziyyəti pisləşərsə, ölkəni tərk etmək çox çətinləşə bilər. Bu vəziyyətdə Norveç hakimiyyətinin Livandakı vətəndaşlara yardım göstərmək imkanları məhdudlaşdırılacaq” deyə əlavə olunub.
Qeyd edək ki, iyulun 27-də mübahisəli Qolan təpələri raket atəşinə tutulub, 30-dan çox insan yaralanıb. İsrail hücuma görə “Hizbullah”ın məsuliyyət daşıdığını, cinayətkarlara “güclü cavab” verəcəyini bildirib. İyulun 28-nə keçən gecə İsrail Hərbi Hava Qüvvələri Livanda yerləşən “Hizbullah” hədəflərinə zərbələr endirib.
Günəş Mərd
tag: İsrail,Livan,Norveç,vətəndaş,çağırış,todaypress.az,