Norveç Uqandadakı səfirliyini bağladı
Dünya
27.07.2024 02:00
Norveç Uqandadakı səfirliyini
rəsmən bağlayıb.
TodayPress xəbər verir ki,
bununla da Norveçin Şərqi Afrika ölkəsindəki 19 illik diplomatik mövcudluğunun
başa çatıb.
Səfirlik “X”-dəki paylaşımında
bildirib ki, ölkənin bayrağı endirilib.
"Norveç bayrağını sonuncu
dəfə endirərkən qarışıq emosiyalar yaşayırıq. Səfirlik indi bağlıdır, lakin
Norveç Uqanda ilə əlaqədə qalmağa davam edir" deyə səfirlik yazıb. Endirilən
bayraq Norveçin Uqandadakı səfiri Kristin Hermansenə təqdim edilib.
Norveç 2022-ci ildə beş
missiyasını bağlamışdı. Ruanda və Burundiyə də nəzarət edən Uqandadakı səfirliyinin
bağlanması ilk dəfə ötən ilin oktyabrında elan edilib ki, bu da ölkənin xaricdəki
diplomatik mövcudluğunda bir sıra dəyişikliklərin aparıldığını göstərir.
Norveç Uqandada təhsil, səhiyyə,
kənd təsərrüfatı və qaçqınlara yardım daxil olmaqla müxtəlif layihələri dəstəkləyir.
Nəzrin Cavadzadə
tag: Norveç, Uqanda, Səfirlik, Ölkə, todaypress.az,