Norveç Ukraynaya yardım proqramının müddətini uzatdı
Dünya
20.09.2024 16:56
Norveç Ukraynaya yardım proqramını altı il müddətinə uzadıb.
TodayPress “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Norveçin Baş naziri Yonas Qar Stör bildirib.
Proqramın genişləndirilməsi ilə Norveçin Ukraynaya ümumilikdə 60 milyard Norveç kronu (5,7 milyard dollar) ayıracağı qeyd edilir.
Beləliklə, yardımın məbləği 135 milyard krona qədər artırılacaq və 2030-cu ilə qədər qüvvədə olacaq.
Günəş Mərd
tag: Ukrayna ,Norveç ,Proqram ,Yardım ,Baş Nazir, Yonas Qar Stör, todaypress.az,