Norveç Ukraynaya F-16 döyüş təyyarələri göndərəcək
Dünya
10.07.2024 22:45
Norveç hava hücumlarından müdafiə oluna bilməsi üçün Ukraynaya 6 ədəd F-16 döyüş təyyarəsi bağışlayacağını açıqlayıb.
TodayPress xəbər verir ki, Norveç
Xarici İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, bu barədə baş nazir Yonas
Qar Störe məlumat verib. O bildirib ki, prosesə yaxın zamanlarda başlanacaq.
Rusiyanın hava hücumlarının
Ukrayna xalqına böyük iztirablar və maddi ziyan vurduğunu bildirən Störe, hədiyyə
edəcəkləri F-16 döyüş təyyarələrinin Ukraynanın özünümüdafiəsinə töhfə verəcəyini
qeyd edib.
Nəzrin Cavadzadə
tag: Ukrayna, Norveç, F-16, Störe, todaypress.az,