Norveç Ukraynaya 1,4 milyardlıq yardım ayıracaq
Ukraynanın Baş naziri Denis Şmıxal son iki həftə ərzində Norveçdən 1,4 milyard dollar dəyərində artilleriya sursatları və hərbi təlimlər üçün vəsait aldığını bildirib.
TodayPress xəbər verir ki, o, bu barədə öz "Telegram" kanalında məlumat verib.
Baş nazirin sözlərinə görə, bundan əlavə, Ukrayna səhiyyə sisteminin gücləndirilməsi və bərpa işləri üçün daha iki maliyyə yardımı paketi alıb.
O, həmçinin, silah istehsalı mövzusunu da Norveçin Baş naziri ilə müzakirə etdiyini əlavə edib.
Qeyd edək ki,Norveç hökuməti aprelin 4-də 2025-ci ildə Ukraynaya yardımı 5 milyard dollar artıraraq 8,1 milyard dollara çatdırmağı planlaşdırdığını açıqlayıb.
Bu yardımların əsas hissəsi hava hücumundan müdafiə sistemləri, artilleriya sursatları, pilotsuz təyyarələr və hərbi-dəniz güclərinin gücləndirilməsinə yönəldiləcək.
Türkan İsgəndərli
tag: Ukrayna,Norveç,Yardım,Hərbi,todaypress.az,