Norveç müdafiə xərclərini artırır
Norveç hökuməti 2025-ci ildə müdafiə sahəsinə 172 milyard kron (təxminən 16,5 milyard ABŞ dolları) ayırmağı planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə ölkənin hərbi idarəsi məlumat yayıb.
Bildirilir ki, bu vəsait, Norveçin ümumi daxili məhsulun (ÜDM) 3,3%-ni müdafiəyə yönəltməsi deməkdir. Hökumət bu planları yenidən işlənmiş milli büdcə layihəsində təqdim edib.
Müdafiə naziri bildirib ki, artımın səbəblərindən biri hərbi texnika və xidmətlərin qiymətlərindəki ciddi bahalaşmadır. Məqsəd, ordu fəaliyyətinin yüksək səviyyədə saxlanmasıdır.
Qeyd edək ki, iyunda keçiriləcək NATO sammitində də əsas mövzulardan biri müdafiə xərclərinin artırılması olacaq.
Türkan İsgəndərli
tag: Norveç,Avropa İttifaqı,NATO,Müdafiə,todaypress.az,