Norveç Maskın Avropa ölkələrinin işlərinə qarışmasından narahatdır

Dünya

06.01.2025 14:00

Norveçin baş naziri Jonas Gahr Store amerikalı milyarder və sahibkar İlon Maskın üçüncü ölkələrin daxili siyasi məsələlərinə qarışmasından narahatlığını ifadə edib. 

TodayPress xəbər verir ki, bu barədə “NRK” yazıb.  

O, Almaniya və Böyük Britaniyaya istinad edərək, "sosial mediaya böyük çıxışı və böyük iqtisadi resursları olan bir insanın digər ölkələrin daxili işlərinə belə birbaşa müdaxilə edəcəyini" narahatedici hesab etdiyini vurğulayıb.   

"Müttəfiqlər arasında belə hallar olmamalıdır" deyə Jonas diqqətə çatdırıb.  

Qeyd edək ki, bundan əvvəl Mask bildirmişdi ki, Almaniyada hakimiyyətə gələn yalnız sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyası ölkəni xilas edə bilər. 

Noyabrın 25-də isə Mask Böyük Britaniyanı “tiran dövləti” adlandırmışdı.

Günəş Mərd

tag: Norveç, Almaniya, NRK, Mask ,todaypress.az,