Norveç kraliçası xəstəxanaya yerləşdirildi
87 yaşlı Norveç kraliçası Sonya aprelin 21-i axşam saatlarında nəfəsalma çətinlikləri səbəbilə Oslo xəstəxanasına təcili tibbi helikopterlə aparılıb.
TodayPress xəbər verir ki, bu barədə “AFP” Norveç kral sarayına istinadla məlumat yayıb.
Bildirilib ki, hadisə kral ailəsinin ənənəvi olaraq "Pasxa" bayramını keçirdiyi Sikkilsdalen dağ evi yaxınlığında baş verib.
Norveçin NTB agentliyinə görə, kral ailəsi 1924-cü ildən bu yana hər il Pasxa tətilini məhz həmin dağ evində keçirir.
Qeyd edək ki, kraliça Sonya yanvar ayında ürək ritminin pozulması – fibrillyasiya səbəbilə də xəstəxanaya yerləşdirilmiş və ona uğurla kardiostimulyator qoyulmuşdu.
Onun həyat yoldaşı, 88 yaşlı kral Harald hazırda Avropanın ən yaşlı hakim monarxıdır.
O da 2024-cü ilin martında Malayziyada istirahət zamanı yoluxduğu infeksiya fonunda ürək problemi yaşamış və ona da kardiostimulyator qoyulmuşdu.
Qiymət Mahir
tag: Norveç,Kraliça Sonya,Xəstəxana,Sağlamlıq,Todaypress.az,