Norveç Finlandiyaya qoşun göndərəcək

Dünya

14.08.2024 23:51

Norveç təlim keçmiş dağ qoşunlarını Laplandiyaya yerləşdirməyi planlaşdırır.

TodayPress bu  barədə “İltalehti” qəzetinə itinadən yazıb.

Nəşrin məlumatına görə, Norveç Müdafiə Qüvvələri təlim keçmiş dağ qoşunlarını Laplandiyaya yerləşdirməyi məqsədəuyğun hesab edib.

Qoşunların yerləşdirilməsi ilə bağlı müzakirələrin oktyabrda aparılacağı gözlənilir.

Avqustun 7-də İsveç Parlamentinin Müdafiə Komitəsinin sədri Peter Hultqvist İsveç Müdafiə Qüvvələri və hökumətinin NATO əməkdaşlığı çərçivəsində Finlandiyada qoşun yerləşdirməyə hazırlaşdıqlarını açıqlayıb.

Aytac Müşfiq

tag: Norveç,Laplandiya,NATO,Finlandiya,todaypress.az,