Nobel mükafatı laureatlarının elan olunacağı tarix açıqlandı
Dünya
21.09.2024 06:32
Ənənəyə
uyğun olaraq, Nobel Mükafatları Komitəsi tərəfindən hər il elmin ayrı -ayrı
sahələri üzrə mühüm kəşflərə imza atmış görkəmli alimlərə Nobel mükafatı təqdim
olunur. 2024-cü ilin Nobel laureatları oktyabrın 7-14-də keçiriləcək “Nobel
həftəsi”ndə elan olunacaq.
TodayPress xəbər verir ki, bu barədə komitənin rəsmi saytı məlumat
yayıb.
İlk olaraq
oktyabrın 7-də İsveçin Karolinsk İnstitutu tərəfindən fiziologiya və tibb
sahəsində Nobel laureatının adı elan olunacaq.
İsveç Kral Elmlər
Akademiyası tərəfindən oktyabrın 8-də fizika, oktyabrın 9-da isə kimya üzrə
üzrə laureatların adları açıqlanacaq. Oktyabrın 10-da ədəbiyyat üzrə laureatın
adı məlum olacaq.
Norveç Nobel
Komitəsi tərəfindən oktyabrın 11-də 2024-cü ilin Sülh mükafatı laureatının adı
açıqlanacaq.
Alfred Nobelin
xatirəsinə iqtisad elmləri üzrə İsveç Bankının mükafatına (Sveriges Riksbank
Prize) layiq görüləcək alimin adı oktyabrın 14-də elan olunacaq.
Xatırladaq ki,
mükafatların elan olunma mərasimi dekabrın 10-da Alfred Nobelin doğum günündə Stokholmda
keçiriləcək.
tag: Nobel Mükafatı, İsveç, Elmlər Akademiyası, Ədəbiyyat,todaypress.az,