Nobel mükafatçısı vəfat etdi

Dünya

06.08.2024 09:10

Fizika üzrə Nobel mükafatı laureatı Li Zhengdao ABŞ-də vəfat edib.

TodayPress xəbər verir ki, alimin 97 yaşı olub. 

Li Zhengdao Nobel mükafatı alan ikinci ən gənc alim hesab olunur. O, 1957-ci ildə, 31 yaşında bu mükafata layiq görülüb. Tədqiqatçı zəif qarşılıqlı təsirlər üçün fəza paritetinin qorunma qanununu təkzib edib. 

Li həmçinin "Albert Eynşteyn Mükafatı" və "Qalileo Qaliley" medalı da daxil olmaqla çoxsaylı mükafatlara layiq görülüb. O, XX əsrin ən parlaq nəzəri fiziklərindən biri hesab olunur. 

Günəş Mərd

tag: Fizika, Nobel Mükafatı,Albert Eynşteyn,Qalileo Qaliley,ABŞ, todaypress.az,