Niqab taxan kişi cərimələndi
Özbəkistanda niqab taxan şəxs 5,1 milyon sum (405 dollar) məbləğində cərimələnib.
TodayPress xəbər verir ki, bu barədə “Gazeta.ru” məlumat yayıb.
Özbəkistan polisinin məlumatına görə, Özbəkistanın şərqindəki Əndican sakini qadın paltarı geyinib və niqab taxaraq şəhəri gəzdikdən sonra saxlanılıb.
Vətəndaş barəsində “şəxsi tanınmağa imkan verməyən formada ictimai yerlərdə olma” maddəsi ilə protokol tərtib edilib.
O, 5,1 milyon sum məbləğində cərimə olunub. Kişinin hansı məqsədlə qadın paltarına keçdiyi açıqlanmır.
Xatırladaq ki, ötən ilin noyabrında Özbəkistan ictimai yerlərdə üzünü gizlədən və şəxsiyyətini müəyyənləşdirməyə mane olan geyimlər geyinən insanları cəzalandırmağa başlayıb. Bu qaydaya əməl etməyən şəxsləri 810 dollara qədər cərimə gözləyir.
Günəş Mərd
tag: Özbəkistan, Niqab, Kişi, Cərimə,todaypress.az,