Nikol rus ordusunu çıxardır

Dünya

13.06.2024 12:17

İrəvan Gümrüdəki Rusiya hərbi bazasını bağlamaq və orada Fransa hərbi bazasını yerləşdirməklə bağlı siyasi qərar qəbul edə bilər. Ermənistandakı Rusiya sərhədçilərini də eyni aqibət gözləyir.

TodayPress xəbər verir ki, İrəvan ssenarini 2024-cü ilin sonuna qədər reallaşdırmaq istəyir. 

“Paşinyanın “Rusiya hərbi bazası məsələsi gündəmdə deyil” bəyanatı sadəcə olaraq Rusiyanı qarmaqda saxlamaq istəyidir.  İrəvanın Vaşinqton, Paris, Brüssellə razılaşdırdığı strateji dezinformasiya elementidir. Məqsəd mümkün iqtisadi sanksiyalar da daxil olmaqla, sərt cavab tədbirləri üçün Moskvanı vaxtından əvvəl təhrik etməməkdir” rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

Qeyd edək ki, Fransa hərbi bazasının ardınca Amerika aviabazası çox yaxında Erebunidə peyda ola, ABŞ elektron kəşfiyyat mərkəzi də yerləşdirilə bilər.

tag: Nikol, Ordu, İrəvan, Paşinyan, Fransa, Rusiya, todaypress.az,