Nigeriyada terrorçular 81 sakini qətlə yetirdi
Dünya
04.09.2024 01:39
“Boko Haram” terror qruplaşmasının yaraqlılarının Nigeriyaya hücumu nəticəsində azı 81 nəfər ölüb.
TodayPress xəbər verir ki, bu barədə “Agence France-Presse” kəndin hökumət rəsmiləri məlumat verib.
Bildirilib ki, 150-yə yaxın silahlı kəndə sentyabrın
1-də yerli vaxtla saat 16:00 radələrində (Bakı vaxtı ilə 19:00) hücum edib.
Onlar motosikletlə kəndə daxil olaraq tapança və əl qumbaralarından istifadə
ediblər. Yaralıların sayı açıqlanmır.
“Boko Haram” 2002-ci ildə Nigeriyanın şimalında yaranıb
və mərkəzi Borno ştatında yerləşir. 2015-ci ildə Nigeriya Silahlı Qüvvələri
“Boko Haram”ı böyük məğlubiyyətə uğradıb və onun nəzarətində olan əraziləri
xeyli azaldıb.
tag: Nigeriya,Terror,Ölüm, Yaralı,todaypress.az,