Nigeriyada silahlı hücum - 12 nəfər həlak oldu

Dünya

20.06.2024 09:00

1272

Nigeriyanın Benue və Kaduna əyalətlərində naməlum şəxslər tərəfindən silahlı hücum baş verib.

TodayPress xəbər veriri ki, Katsina-Ala bölgəsinin müavini Conatan Aqbidye verdiyi açıqlamada, Benue əyalətinin Katsina-Ala bölgəsində naməlum silahlı şəxslər tərəfindən hücumun həyata keçirildiyini bildirib.

Aqbidye hücumda 6 nəfərin öldüyünü, çox sayda insanın yaralandığını bildirib. Xeyli adamın girov götürüldüyünü deyən Aqbidye silahlı şəxslərin rayon sakinlərindən ərzaq məhsulları oğurladığına diqqət çəkib.

Milli mətbuatda yer alan xəbərlərdə Kaduna əyalətinin Kajuru bölgəsində baş verən hücumda biri qadın olmaqla 6 nəfərin öldüyü bildirilib.

Qeyd edək ki, Nigeriya son vaxtlar ölkənin müxtəlif yerlərində silahlı dəstələrin, eləcə də Boko Haram və ISWAP-ın hücumları ilə üzləşir.

Ölkədə adam oğurluğuna görə ölüm cəzası olsa da fidyə müqabilində adam oğurluğu hallarına rast gəlinir. Silahlı insanlar ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və fidyə tələb edirlər.

GÜNEL

tag: Nigeriya, Silahlı hücum, Silahlı dəstə, Kaduna əyaləti, todaypress.az,