Nigeriyada partlayış nəticəsində 7 əsgər həlak oldu
Dünya
27.07.2024 01:00
Nigeriyanın şimal-şərqində
yolda əldəqayırma minanın partlaması nəticəsində azı 7 əsgər həlak olub.
TodayPress xəbər verir ki, bu
barədə “Reuters” yerli hərbçilərə istinadən bildirib.
Qəzet bildirib ki, Borno əyalətində
Monquno və Baqa yaşayış məntəqələri arasındakı yolda bir ordu maşını
partladılıb. Hərbçilər patrulun heyətində olublar.
Qeyd edək ki, Borno əyalətində bir neçə ekstremist qrup fəaliyyət göstərir. Onların ən böyüyü Boko Haramdır.
tag: Nigeriya, Mina, Əsgər, Borno, todaypress.az,