Nigeriyada məktəbin çökməsi nəticəsində azı 22 nəfər öldü
Dünya
13.07.2024 01:00
Nigeriyanın Plateau əyalətində
yerləşən Müqəddəs Akademiya məktəbi naməlum səbəbdən çöküb.
TodayPress xəbər
verir ki, binada 200-ə yaxın şagird və müəllimin olduğunu bildirən məktəb
direktoru, "Bu, kədərli və talehsiz bir hadisədir. Bina uçarkən 3-cü sinif
şagirdləri imtahan verirdilər" deyə açıqlayıb.
Məlumata görə, hadisə nəticəsində
azı 22 nəfər həlak olub, 132 nəfər xəsarət alıb.
Ölənlərin sayının artacağı
gözlənilir.
Axtarış-xilasetmə işləri davam
etdirilir.
Nəzrin Cavadzadə
tag: todaypress.az, Nigeriya, Məktəb, Plateau, Hadisə,