Nigeriyada məhbuslar həbsxanadan qaçdılar

Dünya

12.07.2024 01:32

Nigeriyanın qərbindəki Tillaberi bölgəsində silahlıların saxlandığı həbsxanadan bir neçə məhbus qaçıb.

TodayPress xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Lakin məlumatda Nigeriyanın paytaxtı Niameydən təxminən 50 km şimal-qərbdə yerləşən və ölkədə ən təhlükəsiz sayılan Koutoukale həbsxanasından neçə məhbusun qaçdığı və ya necə qaçdığı qeyd olunmayıb.

Həbsxanada Nigeriya qruplaşmasının "Boko Haram" və “Sahelian” silahlı qruplaşmalarının çoxlu üzvləri saxlanılır.

Yerli hakimiyyət orqanları həbsxana ilə eyni bölgədə yerləşən Tillaberi şəhər kommunasında bir gecədə komendant saatı tətbiq edib.

Nəzrin Cavadzadə

tag: Nigeriya, Həbsxana, Məhbus, Boko Haram, todaypress.az,