Nigeriyada daşqın səbəbindən 185 nəfər öldü
Dünya
02.09.2024 20:36
Nigeriyada daşqınlar nəticəsində azı 185 nəfər ölüb.
TodayPress xəbər verir ki, bu barədə “Maliactu” portalı məlumat yayıb.
Bildirilir ki, 208 mindən çox insan məcburi köçkünə çevrilib. Nigeriyanın şimal bölgələrinə digərlərindən daha çox ziyan dəyib. Ciqava ştatında 37 nəfər ölüb.
Ümumilikdə ölkə üzrə 107 min hektar əkin sahəsi məhv olub.
Ölkə bununla bağlı beynəlxalq ictimaiyyətə
müraciət edib.
tag: Afrika, Daşqın,Nigeriya,Ekologiya,todaypress.az,