Nigeriyada binanın çökməsi nəticəsində 7 nəfər öldü
Dünya
28.10.2024 20:12
Nigeriyanın paytaxtı Abucada binanın
çökməsi nəticəsində azı 7 nəfər ölüb.
TodayPress xəbər verir ki, bu barədə “Premium Times”
qəzeti məlumat yayıb.
Məlumata görə, insident Sabon Luqbe rayonunda baş verib.
“Punch” nəşrinin məlumatına görə, dağıntılar altında qalan təxminən 40 nəfərdən 5-i artıq xilas edilib. Hadisədən əvvəl bina qismən sökülmüşdü.
Qeyd olunur ki, çökmə söküntü texnologiyasının düzgün
aparılmaması səbəbindən baş verə bilər. Abucanın Fövqəladə Hallar İdarəsinin
nümayəndəsi Nkeçi İsa binanın dağıntıları altında başqa cəsəd tapılmadığı üçün
axtarış-xilasetmə işlərinin dayandırıldığını bildirib.
Nigeriyanın Mühəndis Tənzimləmə Şurasının məlumatına
görə, 2024-cü ilin yanvar-iyul aylarında ölkədə qəzalı vəziyyətdə olan
binaların çökməsi ilə bağlı azı 22 hal yaşanıb. İyulda Nigeriyanın
şimal-mərkəzindəki ikimərtəbəli məktəbin çökməsi nəticəsində isə 22 şagird
ölmüşdü.
tag: Bina, Çökmə, Fövqəladə, Nigeriya, Ölüm, todaypress.az,