Nigeriyada binanın çökməsi nəticəsində 5 nəfər öldü
Nigeriyanın cənub-qərbindəki Laqos əyalətində üç mərtəbəli yarımçıq binanın uçması nəticəsində azı 5 nəfər ölüb, 15 nəfər xilas edilib.
TodayPress xəbər verir ki, bu barədə ölkənin Milli Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, hadisəyə səbəb binanın uzun müddət istifadəsiz qalmasıdır. Nəticədə suvaqsız olan tikilinin dayaqları zəifləyib.
tag: Nigeriya,Bina,Ölüm,Hadisə,todaypress.az,