Nigeriyada atışma baş verdi, ölənlər var

Dünya

17.07.2024 15:15

Nigeriyanın Benue əyalətində naməlum şəxslər tərəfindən silahlı hücum təşkil edilib. 

TodayPress xəbər verir ki, bu barədə “Haber Türk” məlumat yayıb. 

Hücum nəticəsində 12 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Qeyd edək ki, Benue əyalətində vaxtaşırı silahlı hücumlar baş verir. Ümumiyyətlə, Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD və Bako Haram terror təşkilatının hücumları ilə üzləşir.

Töhfə Səməd

tag: Nigeriya, Atışma, Benue, Əyalət, Silahlar, İŞİD, todaypress.az,