Nigerdə məscidə basqın oldu, 44 nəfər öldürüldü
Nigerin cənub-qərbində Kokorou bölgəsindəki Fonbita kəndindəki məscidə hücum nəticəsində azı 44 nəfər həlak olub.
TodayPress "AA"ya istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Mohamed Toumba məlumat verib.
Nazir Toumba,
44 nəfərin öldürüldüyü, 4-ü ağır olmaqla 13 nəfərin yaralandığı hücumun İŞİD
terror təşkilatına bağlı quruplaşmalar tərəfindən həyata keçirildiyini qeyd
edib.
Hökumət 72
saatlıq milli matəm elan edib.
tag: Nigerya, Kokorou, Məscid, Hücum, Yaralı, Ölüm, todaypress.az,