Niderlandın Ukraynaya hərbi yardımının ümumi həcmi açıqlandı

Dünya

10.01.2025 19:40

Niderlandın Ukraynaya verdiyi hərbi yardımın ümumi məbləği demək olar ki, 6 milyard avroya çatıb.

TodayPress xəbər verir ki, bu barədə adı çəkilən ölkənin rəsmi dövlət səhifəsində məlumat verilib. 

Sənəddə qeyd edilib ki, Niderland Ukrayna üçün 155 mm-lik mərmilərə artıq 1 milyard avro xərcləyib. 

“Ötən ilin son rübündə Niderland 2 milyard avroya yaxın hərbi yardım ayırıb. Bu məbləğə “F-16” qırıcılarının tədarükü, eləcə də pilotsuz təyyarələrin istehsalı, tədarükü və maliyyələşdirmə müqavilələri daxildir”.

Töhfə Səməd

tag: Niderland, Milyard, Ukrayna,Hərbi, Yardım ,todaypress.az,