Niderlanddan Fransaya gözlənilməz təklif

Dünya

24.04.2025 19:40

8

Niderland parlamentinin sədri Martin Bosma Fransa səfiri Fransua Alabruneyə Belçikanı ölkələr arasında bölməyi təklif edib.   

TodayPress xəbər verir ki, bu barədə Niderlandın “NRC” nəşri yazıb. 

Bosma Alabruin ilə şam yeməyində bildirib ki, Niderland hakimiyyəti əksəriyyəti Belçikada yerləşən Flandriyanı öz əyalətlərinə daxil etmək istəyir. 

Eyni zamanda, Belçikanın Vallon bölgəsi, Bosma görə, Fransaya verilə bilər. 

Təşəbbüsün təfərrüatları açıqlanmayıb.

Belçika rəsmilərindən hələlik məsələni şərh etməyiblər.

tag: Niderland,Belçika,Fransa,Şam yeməyi,Todaypress.az,