Niderlandda miqrant axını pik həddə çatdı

Dünya

15.08.2024 20:00

2015-ci ildən Niderland əhalisinin artımı əsasən immiqrasiyadan asılı olub. Ölkədə Ukrayna və Suriyadan gələnlər çoxluq təşkil edir.

TodayPress xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb. 

Bildirilib ki, 2022-ci ildən 2024-cü ilin birinci yarısına qədər ölənlərin sayı doğulanları üstələsə də, immiqrantların intensiv axını sayəsində əhalinin sayı artmağa davam edib. Hazırda Niderland əhalisinin sayı 18 milyonu ötüb.

2024-cü ilin əvvəlinə olan məlumata görə, Ukrayna əsilli sakinlər Niderland əhalisinin 0,7 faizini, Suriya əsillilər isə 0,9 faizini təşkil edir. 

Töhfə Səməd

tag: Niderland, Miqrant, Ukrayna, Suriya, todaypress.az,