Niderland Ukraynaya "F-16"lardan Rusiyaya zərbə endirməyə icazə verdi

Dünya

17.10.2024 15:47

1286

Niderland Ukraynaya tədarük edilən “F-16” qırıcılarından Rusiya ərazisindəki hərbi obyektlərə zərbə endirməyə icazə verib.

TodayPress “ukrinform“a istinadən xəbərinə görə, bu açıqlamanı Niderlandın müdafiə naziri Ruben Brekelmans verib.

O, bildirib ki, bu qərar beynəlxalq hüququn prinsipləri nəzərə alınmaqla verilib:

“Biz hər zaman Ukraynanın beynəlxalq hüquqa riayət etməli olduğunu demişik. Beynəlxalq hüquq prinsiplərində zəruri hallarda aviazərbələrin endirilməsi məsələsində məsafə faktoru nəzərə alınmayıb. Biz Ukraynaya “F-16” qırıcılarından özünümüdafiə məqsədilə istifadə etməyə, eləcə də Rusiya ərazisindəki aerodromlara zərbələr endirməyə icazə veririk”.

tag: Niderland, Ukrayna, F-16, Rusiya,Zərbə, todaypress.az,