Niderland Ukraynaya döyüş təyyarələri göndərməkdən danışdı

Dünya

28.11.2024 13:32

“Hazırda İsveç və Fransa qırıcılarının Ukraynaya göndərilməsinin mənası yoxdur”. 

TodayPress xəbər verir ki, bu fikri Niderland  Silahlı Qüvvələrinin (AF) komandanı Onno Eichelsheim “Breaking Defence” nəşrinə müsahibəsində bildirib.

O, bildirib ki, İsveç öz “Gripen” qırıcılarını Ukraynaya göndərməyə hazır olsa da, indi bu addım məntiqli deyil.

“Hesab edirəm ki, Ukraynaya həddən artıq çox sistem təhvil verməkdən çəkinməliyik, çünki onların kifayət qədər pilotları yoxdur” deyə Onno qeyd edib. 

Günəş Mərd

tag: İsveç, Ukrayna, Niderland,Fransa, Qırıcılar, todaypress.az,