Niderland Ukraynadakı mədəni irsin qorunması üçün 370 min avro ayırdı
Dünya
21.12.2024 07:34
Niderland Ukraynadakı mədəni irsin qorunması üçün təxminən 370 min avro ayırmaqla bağlı qərar qəbul edib.
TodayPress xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin press-relizində deyilir.
Məlumatda qeyd edilib ki, vəsait "Niderlandın Fövqəladə Hallara Mədəni Müdaxilə" qeyri-hökumət təşkilatı vasitəsilə Ukraynadakı mədəni irs obyektlərinə xərclənəcək.
Bundan əlavə, pulun bir hissəsi Ukrayna mədəniyyətinə qarşı edilən hərbi cinayətlərin araşdırılmasına yönəldiləcək.
Vəsait Xarici İşlər
Nazirliyi və Təhsil, Mədəniyyət və Elm Nazirliyi tərəfindən birgə ayrılıb.
tag: Ukrayna, Avro,Yardım, Rusiya, FHN, todaypress.az,