Niderland sözünü tutmadı: Ukraynaya “Patriot” verilməyəcək

Dünya

14.09.2024 09:36

Niderland müttəfiqinin qərarına əsasən Ukraynaya vəd etdiyi “Patriot” hava hücumundan müdafiə sistemlərini göndərə bilməyəcək. 

TodayPress xəbər verir ki, bu barədə “NL Times” portalı ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb. 

Bildirilib ki, Amsterdamın tərəfdaşı tədarükdə iştirakdan imtina edib. Müdafiə Nazirliyi həmin tərəfdaşın kimliyini açıqlamayıb.

Xatırladaq ki, iyun ayında Niderland adı açıqlanmayan başqa bir ölkə ilə birlikdə "Patriot" zenit-raket kompleksini Ukrayna Silahlı Qüvvələrinə verəcəklərini bildirmişdi.

Töhfə Səməd

tag: Niderland, Ukrayna ,Patriot, Hava Hücumu ,Amsterdam, todaypress.az,