Niderland Rusiya ilə NATO toqquşmasını istisna etmir
Niderland hərbi kəşfiyyat idarəsinin (MIVD) direktoru, vitse-admiral Piter Riznik Rusiyanın artan hərbi potensialı fonunda NATO ölkələri, o cümlədən Niderland ilə Rusiya arasında gələcək hərbi toqquşma riskinin real olduğunu bildirib.
TodayPress xəbər verir ki, bu barədə “Politico” yazıb.
“Hazırda Niderland da daxil olmaqla bütün NATO ölkələri yüksək hazırlıq mərhələsindədir. Əgər bu baş verərsə, hazır olmalıyıq” deyə Riznik vurğulayıb.
O, beynəlxalq ictimaiyyəti xüsusilə qarşıdakı bir il ərzində ehtiyatlı olmağa və mümkün silahlı qarşıdurmaya hazırlaşmağa çağırıb.
Riznikin sözlərinə görə, əgər Rusiya hərbi istehsalını indiki templə davam etdirərsə, qarşıdurma ehtimalı daha da yüksələcək.
Qiymət Mahir
tag: Niderland,Rusiya,NATO,Münaqişə,Todaypress.az,